Bank Of Baku

Küveyt Universitetinin professoru: “Azərbaycanın üçrəngli bayrağı Dağlıq Qarabağda mütləq dalğalanacaq”

Küveyt Universitetinin professoru: “Azərbaycanın üçrəngli bayrağı Dağlıq Qarabağda mütləq dalğalanacaq”
# 12 may 2008 14:02 (UTC +04:00)
Bakı - APA. Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə bağlı Bakıda "Demokratiya və sabitlik naminə: Əməkdaşlığın yeni imkanları" mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarından olan Küveyt Universitetinin ictimai elmlər fakültəsinin siyasi elmlər departamentinin rəhbəri, professor Əbdül-Reda Assiri “İki sahil” qəzetinin redaksiyasında olub. Qəzetdən APA-ya verilən məlumata görə, görüş zamanı Əbdül-Reda Assiri Azərbaycanda mətbuat azadlığının yüksək səviyyədə olduğunu bildirib. Qonaq deyib ki, Azərbaycanda şərqlilərə məxsus millilik qorunub saxlanılmaqla Avropa dəyərlərinə də hörmətlə yanaşılır, dünya təcrübəsindən istifadə olunur: “Bu, bir daha göstərir ki, Azərbaycan gələcək inkişafını bəşəri dəyərlər əsasında qurmaqla dünya birliyinə daha tez inteqrasiya olunmaqdadır”. Əbdül-Reda Assiri Küveytdəki KİV-lə bağlı məlumat verərkən deyib ki, təmsil etdiyi ölkədə hazırda cəmi 5 mətbu orqanı fəaliyyət göstərir: “Parlament tərəfindən "Mətbuat haqqında" qanunun qəbulundan sonra mətbu orqanların sayı 13-ə çatdırılacaq və eyni zamanda burada bir neçə qəzet ingilis dilində nəşr ediləcək”.
Qonaq daha sonra bildirib ki, Azərbaycana növbəti səfəri zamanı ölkəmizin tarixi ərazisi olan Dağlıq Qarabağla azərbaycanlıların müşayiəti ilə tanış olacağına inanır: “Prezident İlham Əliyevin qətiyyəti sübut edir ki, o günə az qalıb. Azərbaycanın üç rəngli bayrağı Dağlıq Qarabağda mütləq dalğalanacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR