Bank Of Baku

Azərbaycanda yeni siyasi partiya yaradılıb

Azərbaycanda yeni siyasi partiya yaradılıb
# 12 may 2008 14:50 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycanda Xalq Sosialist Partiyası adlı yeni sol təmayüllü partiya yaradılıb. Partiyanın Təşkilat Komitəsinin sədri Rövşən Hüseynov APA-ya bildirib ki, bu ilin sentyabr ayının ikinci yarısında təsis qurultayının keçirilməsi nəzərdə tutulur. Təşkilat Komitəsinin qəbul etdiyi bəyanatda bildirilir ki, Azərbaycanda sol yönümlü partiyaların fəaliyyəti qənaətbəxş deyil və Xalq Sosialist Partiyası siyasi səhnədəki bu boşluğu dolduracaq.
Qeyd edək ki, R. Hüseynov 1997-2002-ci illərdə Ramiz Əhmədovun rəhbərlik etdiyi Azərbaycan Kommunist Partiyasının Komsomol Təşkilatının sədri olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR