Bank Of Baku

Rusiya Dövlət Duması sədrinin Azərbaycana səfər proqramı açıqlanıb

Rusiya Dövlət Duması sədrinin Azərbaycana səfər proqramı açıqlanıb
# 12 may 2008 14:55 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Rusiya Dövlət Dumasının sədri Boris Qrızlovun Azərbaycana rəsmi səfərinin proqramı açıqlanıb. Rusiyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, sabah səhər Bakıya gələcək B. Qrızlov öncə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, sonra isə Şəhidlər Xiyabanını ziyarət edəcək. Milli Məclisdə o, öncə spiker Oqtay Əsədovla təkbətək, sonra geniş tərkibdə danışıqlar aparacaq. B. Qrızlovu prezident İlham Əliyev də qəbul edəcək.
Sonra o, baş nazir Artur Rasizadə ilə görüşəcək. B. Qrızlov Bakıdakı Müqəddəs Jen-Mironosets kafedral kilsəsinə baş çəkəcək, burada rus xalqının Azərbaycanda yaşayan nümayəndələri ilə görüş keçirəcək.
Spiker O. Əsədovun adından B. Qrızlovun şərəfinə rəsmi nahar da veriləcək. Səfərdə B. Qrızlovu Dövlət Dumasının MDB ölkələri üzrə əməkdaşlıq Komitəsinin sədri Aleksandr Ostrovski və Beynəlxalq Əlaqələr Komitəsi sədrinin iki müavini müşayiət edəcəklər.
Bununla da, Rusiya Dövlət Dumasının sədrinin Azərbaycana səfəri başa çatacaq və o, elə sabah axşam Moskvaya qayıdacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR