Bank Of Baku

Arif Hacılı: “İcazəsiz aksiyaların keçirilməsi aktuallaşa bilər”

Arif Hacılı: “İcazəsiz aksiyaların keçirilməsi aktuallaşa bilər”
# 12 may 2008 15:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının mayın 18-nə təyin etdiyi mitinqin müraciətdə göstərilən yerlərin birində keçirilməsinə razılıq verməsə, o zaman icazəsiz mitinqlərin təşkili aktuallaşacaq”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. O, şəhər rəhbərliyinə göndərdikləri müraciətdə göstərdikləri məkanlarda vaxtilə mitinqlərin keçirildiyini bildirib. A. Hacılı hələlik icazəsiz aksiyaların keçirilməsini müzakirə etmədiklərini söyləyib: “Düşünürəm ki, aksiyalara məhdudiyyətin qoyulması müxalifətdə icazəsiz mitinqlər keçirilməsi ilə bağlı müzakirələrin başlanmasına səbəb ola bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR