Bank Of Baku

İran xarici işlər nazirinin birinci müavini Azərbaycana gələcək

İran xarici işlər nazirinin birinci müavini Azərbaycana gələcək
# 12 may 2008 15:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İran xarici işlər nazirinin birinci müavini Şeyx Əttar yaxın iki həftə ərzində Azərbaycana gələcək. Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Abbasəli Həsənov APA-ya bildirib ki, səfər Azərbaycan-İran Dövlətlərarası Müştərək Komissiyasının Bakıda keçiriləcək növbəti iclasına hazırlıq məqsədi daşıyacaq. A. Həsənovun sözlərinə görə, İran tərəfinin xahişinə əsasən baş tutacaq səfər çərçivəsində Şeyx Əttarın Azərbaycan rəhbərliyi ilə görüşləri də nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan-İran Dövlətlərarası Müştərək Komissiyasının iclası çərçivəsində İranın xarici işlər naziri Manuçöhr Möttəki də Azərbaycana səfər edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR