Bank Of Baku

İsveçrə prezidenti Paskal Kuşpen: “Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi çərçivəsində, sülh yolu ilə həllini istəyirik”

İsveçrə prezidenti Paskal Kuşpen: “Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi çərçivəsində, sülh yolu ilə həllini istəyirik”
# 12 may 2008 16:34 (UTC +04:00)
“İsveçrə siyasi, mədəni və sosial sahələrdə Azərbaycanla əlaqələrindən razıdır. Son illər ərzində Azərbaycan öz mədəniyyət təmsilçiləri vasitəsilə İsveçrədə tanınıb, təbliğ olunub”. P. Kuşpen bəyan edib ki, iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsi əladır, amma bundan da əla olmalıdır. İsveçrənin dövlət başçısı onunla birlikdə Bakıya gəlmiş iş adamlarının Azərbaycanda tikinti materialları istehsalı, energetika, kimya sənayesi və əczaçılıq sahələrinə sərmayə qoymaq niyyətində olduqlarını açıqlayıb. Regionun problemləri ilə tanış olduğunu vurğulayan qonaq Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin yaxın vaxtlarda sülh yolu ilə, Azərbaycanın suverenliyi çərçivəsində həllini istədiklərini deyib.
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov da geniş səfirlik binasının açılmasının iki ölkə və xalq arasında əlaqələrin inkişafına xidmət edəcəyini bildirib. Hazırda Azərbaycanda İsveçrənin 20-yə yaxın şirkətinin fəaliyyət göstərdiyini xatırladan parlament sədri şirkətlərin sayının artacağına inandığını söyləyib, çünki bunun üçün hər cür təminat, qanunvericilik bazası və istək var. İki ölkə arasında əlaqələrin inkişafında parlamentlərarası münasibətlərin böyük rol oynadığına diqqət çəkən O. Əsədov Milli Məclisdə Azərbaycan-İsveçrə dostluq qrupunun fəaliyyət göstərdiyini, İsveçrə parlamentində də analoji qrupun yaradılmasının gözlənildiyini vurğulayıb.
Qeyd edək ki, səfirlik binasının açılış mərasimində xarici işlər naziri Elmar Məmmədyarov, digər nazirlər, deputatlar, diplomatik korpusun rəhbərləri də iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR