Bank Of Baku

Elmar Məmmədyarovla Ukrayna səfirinin görüşündə Azərbaycan prezidentinin Kiyevə planlaşdırılan rəsmi səfəri müzakirə olunub

Elmar Məmmədyarovla Ukrayna səfirinin görüşündə Azərbaycan prezidentinin Kiyevə planlaşdırılan rəsmi səfəri müzakirə olunub
# 12 may 2008 16:44 (UTC +04:00)
Bakı. Laçın Sultanova APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ukraynanın yeni təyin olunmuş səfiri Boris Klimçuku qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə may ayında Kiyevdə keçiriləcək enerji sammitinə hazırlıq, Azərbaycan prezidentinin Ukraynaya səfəri zamanı imzalanacaq bir sıra sənədlər, birgə hökumətlərarası komissiyanın 8-ci iclasının gündəliyi, ölkələrarası ticarət dövriyyəsinin artırılması imkanları, GUAM daxilində əməkdaşlıq, birgə enerji layihələri və Xəzər, Qara dəniz və Baltik dənizini birləşdirən nəqliyyat dəhlizi layihəsinin perspektivləri müzakirə olunub. B. Klimçuk Bakının görməli yerlərindən birində Ukrayna şairi Taras Şevçenkonun xatirəsinə heykəlin ucaldılmasına görə təşəkkürünü bildirib. Görüşün sonunda səfir etimadnaməsinin surətini nazirə təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR