Bank Of Baku

Kişinyovda GUAM milli koordinatorlarının iclası keçirilir

Kişinyovda GUAM milli koordinatorlarının iclası keçirilir
# 13 may 2008 08:41 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bu gün Moldovanın paytaxtı Kişinyovda GUAM ölkələri milli koordinatorlarının 10-cu iclası başlayıb. APA-nın məlumatına görə, iclasda GUAM-ın inkişafı bağlı məsələlər müzakirə olunur. Gündəliyə ABŞ, Avropa Birliyi, Avropa Şurası və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, terrorçuluq, mütəşəkkil cinayətkarlıq, narkotiklərin qeyri-qanuni dövriyyəsi və digər pozuntularla mübarizə üzrə virtual mərkəzin yaradılması haqqında sazişin protokolunun layihəsi, intellektual mülkiyyətin müdafiəsi barədə saziş layihəsinin müzakirəsi məsələləri salınıb. Azərbaycanı XİN Xarici Siyasətin Planlaşdırılması və Strateji Araşdırmalar İdarəsinin rəisi Tofiq Musayev təmsil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR