Bank Of Baku

“Azərbaycan Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında” qanun layihəsi Milli Məclisə tövsiyə olunub

“Azərbaycan Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında” qanun layihəsi Milli Məclisə tövsiyə olunub
# 14 may 2008 12:21 (UTC +04:00)
Bundan başqa, bir qrup müxalifət deputatı da məcəlləyə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsini parlamentə təqdim edib: “Həmin sənəd də öyrənilib və müzakirəyə çıxarılacaq. Bundan başqa, komissiyanın üzvləri seçki kampaniyasının müddətinin azaldılması ilə bağlı təklif irəli sürüblər. Bu maddə isə məcəlləyə daxil edilməyib”. Azərbaycanın Venesiya Komissiyasındakı üzvü Lətif Hüseynov sənədə əlavə və dəyişiklər haqqında məlumat verərək, onların əksəriyyətinin texniki xarakter daşıdığını deyib. Onun sözlərinə görə, məcəlləyə təklif olunan dəyişikliklərin bir çoxunu Venesiya Komissiyası tövsiyə edib: “Bura seçkilərin gedişinə qanunsuz müdaxiləyə yol verilməməsi, seçici siyahılarının dəqiq göstərilməsi, şikayətlərin obyektiv araşdırılması, seçkinin nəticələrinin dərhal elan olunması və digər məsələlər daxildir”. L. Hüseynov deyib ki, sənəddə həmçinin seçkiqabağı təşviqat materiallarının otaqlardan başqa, binalarda, digər obyektlərdə yerləşdirilməsi qadağan edilir. Təklif olunan dəyişiklikdə dövlətə məxsus teleradio verilişləri vasitəsilə seçkiqabağı təşviqat aparılmaması nəzərdə tutulub. Yeni sənəddə bu funksiyanı İctimai Televiziya yerinə yetirəcək: “Televiziya və radioda seçkiqabağı təşviqatın ödənişli əsaslarla aparılması üçün efir vaxtı reklam haqqında qanunvericiliyə uyğun olaraq tənzimlənir”. Onun sözlərinə görə, sənədə təklif olunan dəyişikliklərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyasının həyata keçirilməsinin nəzərdə tutulması da əksini tapıb. L. Hüseynov deyib ki, xüsusi rejim şəraitində qulluq edən hərbi qulluqçular haqqında qərar MSK tərəfindən səsvermə gününə ən 5 gün qalmış qəbul edilir. Müzakirələr zamanı deputat Rəbiyyət Aslanova seçicilərin barmaqlarının mürəkkəbə batırılması ilə bağlı müddəanın sənəddən çıxarılmasını təklif edib. O bu müddəanı insan haqlarının pozulması kimi qiymətləndirib. Deputat Pənah Hüseyn isə sənədə təklif olunan dəyişikliklərin mahiyyətcə heç nəyi dəyişmədiyini və seçkilərin demokratik keçirilməsini təmin etməyəcəyini deyib. Müzakirələrdən sonra bir nəfər əleyhinə olmaqla, Seçki Məcəlləsinə əlavə və dəyişiklik parlamentin müzakirəsinə tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR