Bank Of Baku

Arif Hacılı: “Partiyaların birgə mitinqi barədə qərar sonrakı mərhələdə qəbul oluna bilər”

Arif Hacılı: “Partiyaların birgə mitinqi barədə qərar sonrakı mərhələdə qəbul oluna bilər”
# 14 may 2008 12:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı müxalifət partiyalarının təklifləri nəzərə alınmayacağı halda 4 müxalifət partiyası birgə aksiyalar keçirə bilər. Bu barədə APA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə, Müsavat, AXCP, ALP və ADP ötən ilin noyabrında Seçki Məcəlləsi ilə bağlı birgə mövqedən çıxış ediblər və bu barədə öz təkliflərini irəli sürüblər. Partiyaların birgə mitinqinin keçirilməsi barədə hələlik hər hansı müzakirəni aparılmadığını qeyd edən A. Hacılı sonrakı mərhələdə bu barədə qərar qəbul olunacağını istisna etmir: “Biz bu barədə müzakirələr apara və ümumi mövqeni ortaya qoya bilərik. Amma bu etiraz mitinq şəklində olacaq, yoxsa başqa formada, bu haqda indidən bir söz demək olmaz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR