Bank Of Baku

Azərbaycan müxalifətinin Seçki Məcəlləsinə əlavə və dəyişikliklə bağlı hazırladığı qanun layihəsi Milli Məclisdə müzakirə olunub

Azərbaycan müxalifətinin Seçki Məcəlləsinə əlavə və dəyişikliklə bağlı hazırladığı qanun layihəsi Milli Məclisdə müzakirə olunub
# 14 may 2008 12:58 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan müxalifətinin Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı hazırladığı qanun layihəsi Milli Məclisin Komissiyasında müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, sənəd parlamentin Hüquq siyasəti və dövlət quruluculuğu məsələləri daimi komissiyanın bugünkü iclasında müzakirə edilib. Komissiyanın sədri Əli Hüseynov bir qrup müxalifət deputatı tərəfindən təqdim edilən sənədin parlament Aparatında öyrənildiyini deyib. Müxalifət deputatların hazırladığı Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qanun layihəsini millət vəkili Pənah Hüseyn təqdim edib. P. Hüseyn bildirib ki, təklif olunan əlavə və dəyişikliyin əsas mahiyyəti seçki komissiyalarının tərkibinin paritet əsaslarla formalaşdırılmasından ibarətdir. Müxalifətçi deputat əks halda azad və ədalətli seçkilərin keçirilməsinin şübhə doğuracağını söyləyib. Onun sözlərinə görə, müxalifətin təqdim etdiyi layihədə MSK sədrinin hakimiyyətin nümayəndəsi olmasının mümkünlüyü də əksini tapıb.
Komissiyanın üzvü Fəzail Ağamalı isə seçki komissiyalarının paritet əsaslarla formalaşdırılmasının seçki prosesini iflic vəziyyətə sala biləcəyini və bu variantın qəbulunun yolverilməz olduğunu deyib. O, seçki komissiyalarının tərkibi ilə bağlı hazırkı formatın daha məqbul variant olduğunu bildirib.
Müxalifət deputatlarının təqdim etdiyi sənəd müzakirə olunduqdan sonra parlamentə tövsiyə olunması ilə bağlı səsvermə keçirilsə də, komissiya üzvləri bunun əleyhinə səs veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR