Bank Of Baku

Səfa Mirzəyev: “Seçki Məcəlləsinə əlavə və dəyişiklik hazırlanarkən bir neçə mübahisəli məqam ortaya çıxıb”

Səfa Mirzəyev: “Seçki Məcəlləsinə əlavə və dəyişiklik hazırlanarkən bir neçə mübahisəli məqam ortaya çıxıb”
# 14 may 2008 13:39 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev Seçki Məcəlləsinə əlavə və dəyişikliklə bağlı layihənin parlamentin komissiyasında müzakirəsi zamanı deyib. Milli Məclis Aparatının rəhbəri sənədə əlavə və dəyişiklik hazırlanarkən bir neçə mübahisəli məqamın ortaya çıxdığını, uzun müzakirələrdən sonra onların ən məqsədəuyğun olanının layihəyə daxil edildiyini bildirib. Onun sözlərinə görə, prezident seçkisində iştirak edəcək namizədlər üçün 10 milyon manat məbləğində fond müəyyən olunması ilə bağlı müddəa heç bir narahatlıq yaratmamalıdır: “Bu məbləğ sənəddə ən yuxarı hədd kimi göstərilib. Ancaq həmin fond 1 milyon və ya 500 min manatdan da ibarət ola bilər. Fondun məbləği müəyyən edildikdən sonra həmin vəsaitin 3 faizi depozitə qoyulmalıdır”.
S. Mirzəyev ortaya çıxan daha bir narahatlığın hərbi qulluqçuların səsverməsinin təşkil olunması ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, hərbi qulluqçular haqqında məlumatlar adi seçki məntəqələrində digər seçici siyahıları ilə birgə yerləşdirilərsə, düşmən qüvvələr bu barədə məlumatlar əldə edə bilərlər: “Digər tərəfdən, təcridxanalarda fərdi iradənin ifadə olunmasını təmin etmək də problemli məsələdir. Orada saxlanılan şəxs üçün bu necə təmin olunacaq? Bu çox çətin məsələdir. Ancaq biz onların sərbəst şəkildə seçkidə iştirakını təmin etməliyik. Bunun üçün yəqin ki, xüsusi təlimatlar və MSK-nın qərarları olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR