Bank Of Baku

Livanda yaşayan bəzi Azərbaycan vətəndaşları ölkəni tərk etmək üçün ölkəmizin Beyrutdakı konsulluğuna müraciət ediblər

Livanda yaşayan bəzi Azərbaycan vətəndaşları ölkəni tərk etmək üçün ölkəmizin Beyrutdakı konsulluğuna müraciət ediblər
# 14 may 2008 13:55 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycanın Livanda fəxri konsulu Nazih Qassub verib. Onun sözlərinə görə, hələlik konsulluğa müraciət edən azərbaycanlıların heç biri ölkəni tərk etməyib: “Ola bilsin ki, onların Livanı tərk etməsinə zərurət yaranmasın. Beyrutun mərkəzində küçələr və yollar hələ bağlıdır, amma şəhərin bəzi yerlərində həyat normallaşmağa başlayır. Dünən yenidən başlayan toqquşmalar zamanı xəsarət alanlar arasında azərbaycanlılar yoxdur. Düzdür, bəzi ölkələrin vətəndaşları Livanı tərk etməyə başlayıb, amma onların arasında Azərbaycan vətəndaşları yoxdur”. Qeyd edək ki, Livanda ərzaq məhsullarının qiymətinin artması ilə əlaqədar müxalifətlə hakimiyyət arasında münasibətlər yenidən gərginləşib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR