Bank Of Baku

Bakı və Moskva arasında Rusiyadan “Buşəhr” AES üçün göndərilən yükün Azərbaycan ərazisindən daşınmasına dair razılıq əldə olunub

Bakı və Moskva arasında Rusiyadan “Buşəhr” AES üçün göndərilən yükün Azərbaycan ərazisindən daşınmasına dair razılıq əldə olunub
# 14 may 2008 16:09 (UTC +04:00)
APA-nın məlumatına görə, Qriqori Karasin görüşdən sonra verdiyi açıqlamada bildirib ki, bütün məsələlər üzrə demək olar, razılıq əldə edilib: “Razılıq əldə olunmayan məsələlərdə isə irəliləyişlər var”.
Q. Karasin görüşdə yükün daşınmasında bir müddət əvvəl yaranmış problemin bir daha təkrarlanmamasına da qərar verildiyini vurğulayıb.
Qeyd edək ki, Rusiyadan İrana göndərilən yük bu il martın 29-da Azərbaycan-İran sərhədində saxlanılıb. Azərbaycan tərəfi lazımi sənədlərin olmadığını əsas gətirərək, istilik izolyasiya materiallarının sərhəddən buraxılmasına icazə verməyib. Yalnız Rusiya tərəfi müvafiq sənədləri təqdim edəndən sonra yük mayın 1-də sərhəddən buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR