Bank Of Baku

Qriqori Karasin: “Rusiya Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir”

Qriqori Karasin: “Rusiya Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir”
# 14 may 2008 17:03 (UTC +04:00)
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki dövlət arasında müxtəlif sahələrdə əməkdaşlığın yüksək templə inkişafından məmnunluq ifadə olunub, 2007-ci ildə ticarət dövriyyəsinin 1,5 milyard dollara yüksəlməsi xüsusi qeyd edilib, delimitasiya məsələləri üzrə ekspertlərin görüşlərində əldə olunmuş irəliləyiş, o cümlədən Xəzər dənizinin statusu üzrə işçi qrupları arasında məsləhətləşmələrin keçirilməsinin səmərəliliyi vurğulanıb. “Dondurulmuş münaqişələr”ə toxunan Q. Karasin Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində həlli prosesinin davam etdirilməsinin tərəfdarı olduqlarını bildirib. E. Məmmədyarov isə münaqişə tərəfləri arasında mövcud status-kvonun qəbuledilməz olduğunu, münaqişənin yalnız ərazi bütövlüyü əsasında həllinin mümkünlüyünü diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR