Bank Of Baku

Böyük Quruluş Partiyasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin binası qarşısında təyin etdiyi piketə icazə verilməyib

Böyük Quruluş Partiyasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin binası qarşısında təyin etdiyi piketə icazə verilməyib
# 14 may 2008 17:13 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Böyük Quruluş Partiyasının (BQP) Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin binası qarşısında mayın 16-na təyin etdiyi piketə icazə verməyib. BQP-nin başqanı Fazil Qəzənfəroğlu APA-ya bildirib ki, paytaxt meriyasından bununla bağlı partiyaya göndərilən cavab məktubunda piketin keçirilməsinə qoyulan qadağa qanunla əsaslandırılmayıb. F. Qəzənfəroğlu deyib ki, partiya BŞİH-in bu addımını konstitusion azadlıqların məhdudlaşdırılması kimi dəyərləndirərək, meriyanı məhkəməyə verməyə hazırlaşır. Onun sözlərinə görə, partiyanın mayın 17-də keçiriləcək Məclisinin toplantısında bununla bağlı qərar qəbul oluna bilər.
Qeyd edək ki, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ötən ay partiyaya qərargah üçün yer təklif edib. Partiya isə bu təklifdən imtina edib və şəhərin mərkəzində yerlə təmin edilməsini tələb edib. Alternativ yer təklif edilmədiyindən, partiya komitənin binası qarşısında piket keçirmək qərarına gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR