Bank Of Baku

MSK sədri: “Erməni əsilli vətəndaşların adlarının seçici siyahılarına daxil edilməsi üçün beynəlxalq qurumların köməyi lazımdır”

MSK sədri: “Erməni əsilli vətəndaşların adlarının seçici siyahılarına daxil edilməsi üçün beynəlxalq qurumların köməyi lazımdır”
# 20 may 2008 12:02 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. 2008-ci ilin seçici siyahılarının hazırlanması başa çatıb, Mərkəzi Seçki Komissiyası (MSK) siyahıları yaxın günlərdə təsdiqləyəcək. APA-nın xəbərinə görə, bu barədə məlumat verən MSK sədri Məzahir Pənahov bildirib ki, mayın sonuna kimi qurumun iclası keçiriləcək və siyahılar təsdiq olunduqdan sonra Seçki Məcəlləsinə uyğun olaraq aşağı seçki komissiyalarına göndəriləcək. M. Pənahov erməni əsilli vətəndaşların adlarının siyahılara daxil edilməsi üçün MSK tərəfindən müəyyən müraciətlər edilsə də, hələlik bunun mümkün olmadığını deyib: “Bunu həyata keçirmək üçün beynəlxalq qurumların köməyi lazımdır”.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda seçicilərin sayının 400 min nəfər artacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR