"Bu günədək davam edən səfərim çərçivəsində Azərbaycan Dövlət Gömrük Komitəsinin əldə etdiyi mühüm nailiyyətlərlə tanış olmaq imkanı qazandım".
"APA-Economics" xəbər verir ki, bunu Ümumdünya Gömrük Təşkilatının Baş katibi İan Sanders Azərbaycana rəsmi səfəri çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Komitənin Ümumdünya Gömrük Təşkilatının standartlarına uyğun şəkildə hərtərəfli islahat və modernləşməyə sadiqliyini gördüm. Mənə təqdim olunan təqdimatlar olduqca təsirli idi. Onlar həm beynəlxalq standartların əhəmiyyətini, həm də gömrük administrasiyasının fəaliyyətini müasirləşdirmək istiqamətində nümayiş etdirdiyi qətiyyətli öhdəliyi bir daha təsdiqlədi. Qarşıdakı mərhələdə daha çox yeniliklə tanış olmağı səbirsizliklə gözləyirəm. İndiyədək gördüklərim, həyata keçirilən planlaşdırma və yaxından tanış olduğum konkret nailiyyətlər məndə çox müsbət təəssürat yaradıb", - deyə Baş katib vurğulayıb.