Bank Of Baku

Azərbaycan paytaxtında daha bir DSK binasının açılışı olub

Azərbaycan paytaxtında daha bir DSK binasının açılışı olub
# 20 may 2008 12:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu gün 31 saylı II Suraxanı Seçki Dairəsinin Dairə Seçki Komissiyasının (DSK) yeni inzibati binasının açılışı olub. APA-nın məlumatına görə, tədbirdə Mərkəzi Seçki Komissiyasının (MSK), rayon İcra Hakimiyyətinin rəhbərliyi və seçicilər iştirak edib. DSK sədri bildirib ki, yeni bina rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə tikilib. Açılış mərasimində çıxış edən MSK sədri Məzahir Pənahov ölkədəki 125 DSK-nın 100-dən çoxunun ayrıca binasının olduğunu qeyd edib: “Avropanın heç bir ölkəsində belə bir proses həyata keçirilməyib, seçki komissiyaları üçün belə şərait yaradılmayıb”. Mərasimdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, bu dairədən seçilmiş millət vəkili Əhməd Vəliyev çıxış ediblər. Sonra qırmızı lent kəsilib və binaya baxış keçirilib.
Qeyd edək ki, 31 saylı II Suraxanı Seçki Dairəsinin 27 seçki məntəqəsi və 36 mindən çox seçicisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR