Bank Of Baku

Lətif Hüseynov: “Venesiya Komissiyası Azərbaycanda seçki komissiyalarının tərkibinin hansı formada təşkil olunması ilə bağlı konkret təklif verməyib”

Lətif Hüseynov: “Venesiya Komissiyası Azərbaycanda seçki komissiyalarının tərkibinin hansı formada təşkil olunması ilə bağlı konkret təklif verməyib”
# 20 may 2008 13:08 (UTC +04:00)
Belə bir təklif irəli sürülərsə, digər təkliflər kimi müzakirə olunmalıdır. Ancaq bu təkliflə bağlı qərarın necə olacağını deyə bilmərəm”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Venesiya Komissiyasındakı (VK) üzvü Lətif Hüseynov deyib. Parlamentdə müzakirələr zamanı seçki komissiyalarının tərkibinin paritet əsaslarla formalaşdırılması ilə bağlı təklifin qəbul edilmə ehtimalına gəlincə, L. Hüseynov bunun gündəlikdə olmadığını deyib: “Seçki komissiyalarının tərkibi dəyişdirilməyəcək”. Seçki komissiyalarının tərkibinin dəyişdirilməməsinin Venesiya Komissiyası tərəfindən mənfi hal kimi qiymətləndirilə biləcəyinə gəldikdə, ekspert sözügedən qurumun bu məsələdə ciddi problem görmədiyini söyləyib: “Digər tərəfdən, Venesiya Komissiyası seçki komissiyalarının tərkibinin hansı qaydada təşkil olunması ilə bağlı konkret təklif verməyib”.
L. Hüseynovun fikrincə, seçkinin şəffaf və demokratik keçirilməsi üçün seçki komissiyalarının tərkibinin paritet əsaslarla formalaşdırılması o qədər də vacib amil deyil: “Demokratik seçki keçirmək üçün məcəllədə kifayət qədər təminatlar var. Nəyə görə hesab olunur ki, Azərbaycanda seçkilərin nəticələrini ancaq seçki komissiyaları müəyyənləşdirir? Bu cür yanaşma düz deyil”.
Ekspertin sözlərinə görə, Seçki Məcəlləsinə əlavə və dəyişikliklər parlamentdə qəbul edildikdən sonra sənədin son variantı VK-ya göndəriləcək və Komissiya sənədə rəy verəcək: “Ola bilər ki, Venesiya Komissiyasının iyunun 14-15-də keçiriləcək sessiyasında Azərbaycanın seçki Məcəlləsinə əlavə və dəyişikliklə bağlı yekun rəy açıqlansın. Mən həmin iclasda iştirak edəcəyəm. Milli Məclisdə müzakirəyə çıxarılan layihədə hansı dəyişikliklərin olacağını isə deyə bilmərəm. Əgər müzakirəyə çıxarılan sənəd indiki formada qəbul olunsa, hesab edirəm ki, Venesiya Komissiyası tərəfindən qanun bütövlükdə müsbət qiymətləndiriləcək. Amma müəyyən xırdalıqların olması da mümkündür”
L. Hüseynov həm Seçki Məcəlləsi, həm də “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əlavə və dəyişikliklərin mayın sonuna kimi parlamentdə müzakirəyə çıxarılacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR