Bank Of Baku

Novruz Məmmədov: “Azərbaycan və Türkmənistan arasında münasibətlər yüksək səviyyəyə qalxdı”

Novruz Məmmədov: “Azərbaycan və Türkmənistan arasında münasibətlər yüksək səviyyəyə qalxdı”
# 20 may 2008 13:48 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Azərbaycan və Türkmənistan arasında münasibətlər həddindən artıq yüksək səviyyəyə qalxdı və gələcək inkişaf üçün çox gözəl zəmin yaradıldı”. Bunu APA-ya açıqlamasında Prezident Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. Şöbə müdiri prezident İlham Əliyevin Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun Azərbaycana səfərini iki ölkə, iki xalq arasında münasibətlərin inkişafında tarixi hadisə adlandırdığını xatırladıb. N. Məmmədov hesab edir ki, Türkmənistan prezidentinin Azərbaycana böyük nümayəndə heyəti ilə səfər etməsi, burada geniş fikir mübadiləsi aparılması və hər iki tərəfin gələcək əməkdaşlıqla bağlı yaxşı təkliflərin, perspektivlərin olmasını qeyd etməsi bundan sonra iki ölkə arasında münasibətlərin yüksək səviyyəyə qalxacağını, əlaqələrin yeni mərhələyə qədəm qoyaraq dostluq, qardaşlıq və sıx əməkdaşlıq müstəvisinə söykənəcəyini söyləməyə əsas verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR