Bank Of Baku

AMDP-nin qurultayına Ədliyyə Nazirliyindən ekspert dəvət olunacaq

AMDP-nin qurultayına Ədliyyə Nazirliyindən ekspert dəvət olunacaq
# 20 may 2008 14:21 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) növbədənkənar qurultayına Ədliyyə Nazirliyindən (ƏN) ekspert dəvət olunacaq. Partiyanın sədr əvəzi Oqtay Xəlilli APA-ya bildirib ki, nazirliyin eksperti nizamnamənin və dövlət qurumuna təqdim olunacaq digər sənədlərin hazırlanmasında yerindəcə iştirak edəcək. O deyib ki, eksperti qurultaya dəvət etməklə partiya dövlət qeydiyyatına alınma prosesində qarşıya çıxacaq maneələrdən sığortalamaq istəyirlər. O. Xəlilli AMDP-nin növbədənkənar qurultayının prezident seçkisinə qədər keçirilməsinin nəzərdə tutulduğunu da söyləyib. Qeyd edək ki, AMDP Siyasi Şurasının aprelin 5-də keçirilən toplantısında partiya sədri İsgəndər Həmidov vəzifəsindən istefa verdiyini və siyasi fəaliyyətdən uzaqlaşdığını bəyan edib. Partiyanın Böyük Məclisinin mayın 11-də keçirilən iclasında isə İsgəndər Həmidovun AMDP sədrliyindən istefası ilə bağlı ərizəsi qəbul edilib və növbədənkənar Qurultaya hazırlıqla bağlı Təşkilat Komitəsi yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR