Bank Of Baku

Sabah Bişkekdə MDB ölkələrinin xüsusi xidmət orqanları rəhbərlərinin toplantısı keçiriləcək

Sabah Bişkekdə MDB ölkələrinin xüsusi xidmət orqanları rəhbərlərinin toplantısı keçiriləcək
# 20 may 2008 14:51 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Sabah Bişkekdə Müstəqil Dövlətlər Birliyinin (MDB) təhlükəsizlik orqanları və xüsusi xidmətlərin rəhbərləri Şurasının 24-cü iclası keçiriləcək. APA-nın məlumatına görə, mayın 23-nə kimi davam edəcək görüşdə əsas müzakirə mövzusu terrorçuluğa qarşı mübarizə işinin təşkilidir. Təhlükəsizlik orqanları və xüsusi xidmət rəhbərləri antiterror tədbirlərinin keçirilməsi və planlaşdırılmasına dair təcrübə mübadiləsi aparacaq, terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq və digər cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR