Bank Of Baku

Elmar Məmmədyarov Asiya regionunda qarşılıqlı fəaliyyət və etimad təşkilatının toplantısında iştirak edəcək

Elmar Məmmədyarov Asiya regionunda qarşılıqlı fəaliyyət və etimad təşkilatının toplantısında iştirak edəcək
# 26 may 2008 09:38 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Avqustda Qazaxıstanda nazirlər səviyyəsində Asiya regionunda qarşılıqlı fəaliyyət və etimad təşkilatının toplantısı keçiriləcək. Azərbaycanın Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilovun APA-ya verdiyi məlumata görə, Azərbaycandan xarici işlər naziri Elmar Məmmədyarov toplantıya dəvət olunub. Görüşdə regional əməkdaşlıq, region ölkələrinin yeni problemləri və qarşılıqlı inteqrasiyası məsələləri müzakirə olunacaq. Qeyd edək ki, Asiya regionunda qarşılıqlı fəaliyyət və etimad təşkilatının təsis olunması ideyası BMT Baş Assambleyasının 1992-ci il 5 oktyabr tarixli 47-ci sessiyasında Nursultan Nazarbayev tərəfindən irəli sürülüb. Bu təşəbbüsün mahiyyəti Asiya regionunda təhlükəsizliyin təminatı məqsədilə effektiv və universal strukturların yaradılması işini başa çatdırmaqdır. Təşkilatın Xarici İşlər Nazirləri Şurasının ilk toplantısı 1999-cu il sentyabrın 14-də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR