Bank Of Baku

Qüdrət Həsənquliyev NATO Parlament Assambleyası Siyasi Komitəsinin iclasında İrandakı azərbaycanlıların problemlərini gündəmə gətirib

Qüdrət Həsənquliyev NATO Parlament Assambleyası Siyasi Komitəsinin iclasında İrandakı azərbaycanlıların problemlərini gündəmə gətirib
# 26 may 2008 09:44 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qüdrət Həsənquliyev məlumat verib. O, komitədə İran haqqında hazırlanan məruzədə azərbaycanlıların problemlərinin əksini tapmadığını bildirib: “Mən bunu amerikalı məruzəçinin nəzərinə çatdıraraq dedim ki, Qərb, o cümlədən ABŞ, NATO İrandakı demokratik proseslərə lazımi diqqət yetirmir və dəstək vermir. Qeyd etdim ki, İranda yaşayan 30 milyondan çox azərbaycanlı öz elementar hüquqlarından məhrumdur, onların ən azı milli-mədəni muxtariyyətləri təmin olunmalıdır”. Q. Həsənquliyev müzakirə zamanı İranın Azərbaycan üçün təhlükə olduğunu, Azərbaycanın ərazi bütövlüyünün pozulmasında Rusiya ilə yanaşı, İranın da rolunun olduğunu söyləyib.
O, mayın 25-də NATO PA-nın Təhlükəsizliyin Mülki Ölçüsü Komitəsində “Qara dəniz hövzəsində din və dövlət” mövzusunda müzakirələr aparıldığını, bu müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun çıxış etdiyini deyib. Z. Əsgərov məruzəçinin Azərbaycanda radikal dini qruplaşmalara qarşı repressiv metodlardan istifadə olunması fikrinə etirazını bildirib. O, Azərbaycanda tolerantlığın hökm sürdüyünü vurğulayaraq islam dininə aidiyyəti olmayan 30-dan çox dini təşkilatın qeydiyyatdan keçdiyinə diqqət çəkib. Bu iraddan sonra məruzəçi Azərbaycanda dini tolerantlığın mövcud olduğunu etiraf edib. Q. Həsənquliyevin sözlərinə görə, bu zaman Ermənistandan olan deputatlardan biri Azərbaycanda erməni kilsəsinə qarşı dözümsüzlük olduğunu iddia edib: “Mən isə iştirakçıların nəzərinə çatdırdım ki, erməni nümayəndənin dedikləri həqiqətə uyğun deyil. Bakının mərkəzində erməni kilsəsi var və oradakı kitabxana da qorunub saxlanır. Hətta Bakıya gələn erməni ziyalıları orada olublar”.
Qeyd edək ki, mayın 27-də NATO PA-nın plenar iclası keçiriləcək. Müzakirələrdə NATO PA-nın prezidentinin və NATO baş katibinin çıxışları nəzərdə tutulub. Sentyabr ayında isə NATO PA-nın Təhlükəsizliyin Mülki Ölçüsü Komitəsinin üzvləri Azərbaycana səfər edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR