Bank Of Baku

İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından olan Firudin Mehdipur aclıq elan edib

İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından olan Firudin Mehdipur aclıq elan edib
# 26 may 2008 10:00 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından olan Firudin Mehdipur Urmiya həbsxanasında aclıq elan edib. İrandakı mənbələrdən APA-ya verilən məlumata görə, F. Mehdipur aclıq aksiyasına İranın azərbaycanlılar yaşayan şəhərlərində 2006-cı ildə baş verən qanlı may hadisələrinin ildönümü ilə əlaqədar başlayıb. Təkadamlıq kamerada saxlanılan F. Mehdipurun ailəsi ilə görüşünə isə məhdudiyyət qoyulub.
Qeyd edək ki, Urmiya sakini F. Mehdipur 2006-cı il sentyabrın 23-də qanlı may hadisələrinin iştirakçısı olmaqda, İran dövlətinə qarşı fəaliyyətdə, azərbaycanlıları kütləvi etirazlara çağıran vərəqələr yaymaqda, türkçülüyün təbliğində və Güney Azərbaycan İstiqlal Partiyası ilə əməkdaşlıqda ittiham olunaraq saxlanılıb və 3 il müddətinə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR