Bank Of Baku

YAP Gənclər Birliyi “Tariximiz və gələcəyimiz” mövzusunda dəyirmi masa keçirib

YAP Gənclər Birliyi “Tariximiz və gələcəyimiz” mövzusunda dəyirmi masa keçirib
# 26 may 2008 10:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 90 illik yubileyi münasibəti ilə bu gün “Tariximiz və gələcəyimiz” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə birliyin üzvləri, tələbələr, tarixçilər və millət vəkilləri iştirak edib. GB-nin sədri Ramin Məmmədov 28 may - Respublika Gününün Azərbaycan tarixində əhəmiyyətli gün olduğunu bildirib. Onun sözlərinə görə, müstəqil Azərbaycan 1918-ci ildə qurulmuş Xalq Cümhuriyyətinin davamı və varisidir. Millət vəkili Nizami Cəfərov 1920-ci ildə AXC-nin süqut etməsinə baxmayaraq, Azərbaycan tarixi və gələcəyi üçün əhəmiyyətli miras qoyduğunu qeyd edib. O, gənclərin bu dövrdən öyrənməli olduğu bir çox məsələlərin olduğunu dilə gətirib: “Gənclərin həmin dövrü bilməsi çox vacibdir. Çünki tarixini bilməyən bir insan köksüz sayılır”. Tədbirdə professor Nuru Məmmədov mövzu ətrafında məruzə ilə çıxış edib, 1918-20-ci illərdə gedən proseslər barədə danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR