Bank Of Baku

Azərbaycanla Çexiya arasında iqtisadi-siyasi təhlükəsizliyə dair məsləhətləşmələr keçirilib

Azərbaycanla Çexiya arasında iqtisadi-siyasi təhlükəsizliyə dair məsləhətləşmələr keçirilib
# 26 may 2008 10:21 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva-APA. Çexiyada səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov həmkarı Tomaş Poyarla iqtisadi-siyasi təhlükəsizliyə dair məsləhətləşmələr keçirib. Bu barədə APA-ya Azərbaycanın Çexiyadakı səfirliyinin mətbuat katibi Arif Məmmədov məlumat verib. Arif Məmmədov görüşdə iki ölkə arasında münasibətlərin daha da intensivləşdirilməsi üçün rəsmi səfərlərin sayının artırılması təklifi ilə çıxış edib. Nazir müavini həmçinin “Vışeqrad” qrupunun Çexiya üzrə milli əlaqələndiricisi ilə görüşərək “Vışeqrad-GUAM” əlaqələrini və əməkdaşlığın gələcək perspektivlərini müzakirə edib. Araz Əzimov həmçinin Çexiya parlamentinin xarici əlaqələr komissiyasının sədri Yana Hamaçeklə görüşüb və iki ölkənin parlamentləri arasında əməkdaşlığın perspektivləri barədə danışıqlar aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR