Bank Of Baku

Çexiyanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Çexiyanın xarici işlər naziri Azərbaycana səfər edəcək
# 26 may 2008 10:22 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva - APA. İyulda Çexiyanın xarici işlər naziri Karel Şvatsenberq Azərbaycana rəsmi səfər edəcək. Bu barədə APA-ya Azərbaycanın Çexiyadakı səfirliyinin mətbuat katibi Arif Məmmədov məlumat verib. 2009-cu ildə Avropa İttifaqına sədrlik edəcək Çexiyanın xarici işlər nazirinin ölkəmizə səfəri regional tanışlıq xarakteri daşıyır. Səfər çərçivəsində Karel Şvatsenberq həmkarı Elmar Məmmədyarovla görüşərək ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR