Bank Of Baku

Nyu-Yorkdan olan konqresmen Azərbaycanın Respublika Günü münasibətilə Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə müraciət edib

Nyu-Yorkdan olan konqresmen Azərbaycanın Respublika Günü münasibətilə Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə müraciət edib
# 26 may 2008 10:41 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, Konqresin Aşağı Palatasının spikerinə müraciətində E. Tovns bildirib ki, iki il mövcud olmuş Azərbaycan Demokratik Respublikası təhsil və siyasi islahatlar sahəsində Şərqin ilk ölkəsi olub. Konqresmen Azərbaycanın Qərb demokratiyasını qabaqlayaraq, qadınlara səsvermə hüququnu təmin etdiyini də xatırladıb. Müraciətdə bildirilir ki, müstəqillik əldə etmək istəyən Azərbaycan 20 Yanvar faciəsi ilə üzləşib və bu gün ABŞ-la strateji əməkdaşlıq həyata keçirərək demokratiya prinsiplərinə sadiqliyini sübut edir. Konqresmen Bakının GUAM-ın təşəbbüslərində oynadığı aktiv rola xüsusi diqqət yönəldib.
Qeyd edək ki, konqresmen E. Tovns diaspor fəalları Nəimi və Nailə Əmirəliyevlərlə görüşdən sonra Konqresin Azərbaycan üzrə İşçi Qrupuna daxil olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR