Bank Of Baku

Bakıda NATO həftəsi keçiriləcək

Bakıda NATO həftəsi keçiriləcək
# 26 may 2008 10:53 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. İyunun 16-27-də Bakıda NATO həftəsi keçiriləcək. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. O bildirib ki, həftə çərçivəsində bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb. İlk tədbir NATO-nun Yay Məktəbinin təşkilidir. Tədbirdə Azərbaycandan və xarici ölkələrdən olan 60-a yaxın gənc iştirak edəcək. İyunun 26-27-də isə NATO Etimad Fondunun seminarı keçiriləcək. Seminara Avroatlantik Tərəfdaşlıq Şurası, Aralıq Dənizi Dialoqu və İstanbul Əməkdaşlıq Təşəbbüsünün iştirakçısı olan ölkələrin nümayəndələri qatılacaqlar. X. İbrahim bu seminarı çox mühüm tədbir adlandırıb: “Bu günə qədər NATO-nun heç bir tərəfdaş ölkəsində belə tədbir keçirilməyib”. NATO həftəsində alyansın mətbuat üzrə eksperti Simon de Manso da iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR