Bank Of Baku

Xəzər İbrahim: “Şərq tərəfdaşlığı” təşəbbüsünə qoşulmaq barədə Azərbaycana müraciət daxil olmayıb”

Xəzər İbrahim: “Şərq tərəfdaşlığı” təşəbbüsünə qoşulmaq barədə Azərbaycana müraciət daxil olmayıb”
# 26 may 2008 11:11 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Nə Avropa İttifaqından, nə də mətbuatda adı gedən təşəbbüskar dövlətlərdən “Şərq tərəfdaşlığı” yaratmaq barədə Azərbaycana rəsmi müraciət daxil olmayıb”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim jurnalistlərin suallarını cavablandıraraq deyib.
Qeyd edək ki, ötən həftə Polşa və İsveç Avropa İttifaqına Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna və Moldovanın iştirakı ilə “Şərq tərəfdaşlığı” adlı təşkilat yaratmağı təklif etməyə hazırlaşdıqlarını bəyan ediblər. Təşəbbüskar ölkələr öz təkliflərini Avropa İttifaqı xarici işlər nazirlərinin mayın 26-da keçiriləcək iclasında gündəmə gətirəcəklər. “Şərq tərəfdaşlığı”na Avropa İttifaqının 27 üzvü və adı çəkilən postsovet ölkələrinin daxil olması nəzərdə tutulub. Yeni yaradılacaq bu qurum çərçivəsində vizaların ləğvi, azad ticarət zonalarının yaradılması və strateji müqavilələr imzalanması barədə danışıqlar aparılacaq. Bundan başqa “Şərq tərəfdaşlığı” çərçivəsində tələbə mübadiləsi, ətraf mühitin mühafizəsi, enerji təminatı məsələlərinə dair layihələrin həyata keçirilməsi də planlaşdırılır. Təşəbbüsə görə, Belarus istədiyi təqdirdə bu təşəbbüsə ekspertlər səviyyəsində qoşula, Rusiya isə yalnız yerli təşəbbüslərin, məsələn, Kalininqrad probleminin həllinə cəlb edilə bilər. “Aralıq dənizi İttifaqı”ndan fərqli olaraq, “Şərq tərəfdaşlığı” katibliyə malik olmayacaq, ancaq qurumun fəaliyyəti Avropa Komissiyası tərəfindən koordinasiya olunacaq. “Şərq tərəfdaşlığı” təşkilatının Avropa Qonşuluq Siyasəti proqramının büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulub. Fransa bu ideyanı dəstəkləyib, Almaniya, Böyük Britaniya və Niderland da ideyaya maraq göstərirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR