Bank Of Baku

AMEA-da Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş elmi konfrans keçirilib

AMEA-da Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
# 26 may 2008 11:46 (UTC +04:00)
APA-nın məlumatına görə, AMEA ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkil etdiyi konfransda cümhuriyyət dövrünü əks etdirən məruzələr dinlənilib. Konfransda giriş sözü ilə çıxış edən AMEA prezidenti Mahmud Kərimov bu dövrə aid sənədlərin hələ də yetərincə araşdırılmadığını bildirib: “Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ayda gördüyü işlər müasir milli dövlətçiliyimizin bərpasında siyasi və mənəvi dəstək oldu”. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şərqdə ilk opera və ilk teatrla yanaşı, ilk parlament respublikasının da Azərbaycanda yaranmasını mühüm tarixi hadisə kimi qiymətləndirib: “Bu demokratik respublika isə Şərqdə ilk dəfə qadınların səsvermə hüququnu təmin edib”. Konfransda AMEA-nın muxbir üzvi Yaqub Mahmudov “Azərbaycan xalqının ilk demokratik respublikası”, iqtisad elmləri namizədi Xosrov Kərimov “Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi platforması”, professor İsrafil İsrafilov “Azərbaycan Xalq Cümhuriyyəti dövri və milli mədəniyyətimiz”, professor Alxan Məmmədli isə “Azərbaycan Xalq Cümhuriyyəti və ədəbiyyat məsələləri” mövzusunda məruzələrlə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR