Bank Of Baku

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hakimiyyəti ilə ADP sədri Sərdar Cəlaloğlu arasında barışıq üçün vaxt verib

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hakimiyyəti ilə ADP sədri Sərdar Cəlaloğlu arasında barışıq üçün vaxt verib
# 26 may 2008 11:53 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hakimiyyəti ilə Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu arasında barışıq üçün vaxt verib. S. Cəlaloğlunun APA-ya verdiyi məlumata görə, məhkəmənin verdiyi müddət mayın sonunda başa çatacaq. O, hakimiyyət tərəfinin barışıq üçün hələlik heç bir addım atmadığını qeyd edib: “Özlərini elə apardılar ki, guya bizi qanuni həbs ediblər. Mən qısa müddətdə məhkəmənin müvafiq qərar qəbul edəcəyini gözləyirəm. Avropa Məhkəməsinin bundan əvvəlki qərarı da icra olunmamış qalır. Mənəvi kompensasiyanın ödənilməsi istisna olunmaqla, mənə işgəncə verilməsi ilə bağlı cinayət işi qaldırılmayıb, günahkarların dairəsi müəyyən edilməyib və onların cəzalanması üçün heç bir addım atılmayıb. Bununla bağlı Avropa Şurasının Nazirlər Komitəsinə müraciət edib Avropa Məhkəməsinin qərarlarının Azərbaycanda icrası ilə bağlı Monitorinq Qrupunun yaradılması təşəbbüsü ilə çıxış edəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR