Bank Of Baku

Əhməd Oruc: “AMDP ilə Azadlıq Partiyasının birləşməsini istəməyən qüvvələr var”

Əhməd Oruc: “AMDP ilə Azadlıq Partiyasının birləşməsini istəməyən qüvvələr var”
# 26 may 2008 12:21 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Müxalifət düşərgəsində Azərbaycan Milli Demokrat Partiyası ilə Azadlıq Partiyasının birləşməsini istəməyən partiyalar var və onlar bu istiqamətdə öz təzyiqlərini davam etdirirlər”. Azadlıq Partiyasının sədri Əhməd Oruc APA-ya deyib ki, Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) indiki rəhbərliyində təmsil olunan şəxslərin ətrafında həm müxalifət, həm iqtidar, həm də hakimiyyətin müxalifətdə olan partiyaları tərəfindən ciddi iş aparılır. “Məndə olan məlumata görə, bu şəxslərə həmin qüvvələr tərəfindən müxtəlif səpkili təkliflər edilir. Bəzilərinə müəyyən məbləğdə pul da təklif edilib. Məqsəd partiyaların birləşməsinə və fəaliyyətlərinin genişləndirməsinə mane olmaqdır”. Onun sözlərinə görə, AMDP-nin bu məsələdə verəcəyi qərardan asılı olmayaraq, həmin qərar münasibətlərə xələl gəlməyəcək. Ə. Oruc deyib ki, təzyiqlərə baxmayaraq, partiyaların birləşməsi istiqamətində zəruri addımlar atılır: “Azadlıq Partiyasının rəhbərliyi ilə AMDP Təşkilat Komitəsinin üzvləri arasında görüş keçiriləcək. Burada hər iki tərəfi maraqlandıran məsələlərə aydınlıq gətiriləcək. İndiyə qədər isə AMDP Təşkilat Komitəsinin sədri Oqtay Xəlilli ilə üç dəfə görüşümüz olub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR