Bank Of Baku

Avropa Birliyi ölkələri xarici işlər nazirlərinin yığıncağında “Şərq tərəfdaşlığı”nın yaradılması müzakirə edilib

Avropa Birliyi ölkələri xarici işlər nazirlərinin yığıncağında “Şərq tərəfdaşlığı”nın yaradılması müzakirə edilib
# 26 may 2008 12:23 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva, Laçın Sultanova APA. Bu gün Avropa Birliyi ölkələri xarici işlər nazirlərinin Brüsseldə keçirilən yığıncağında Polşa və İsveç “Şərq tərəfdaşlığı” adlı təşkilat yaradılmasına dair təkliflə çıxış ediblər. AB-nin xarici işlər üzrə komissarlığının mətbuat katibi Kristina Homann APA-ya bildirib ki, GUAM ölkələri və Ermənistanın iştirakı ilə “Şərq tərəfdaşlığı” adlı təşkilat yaradılmasına dair keçirilən bugünkü müzakirə ilk addımdır: “Konkret qərar qəbul edilərsə, təkcə 27 birlik üzvü ilə yox, şərqdəki tərəfdaşlar, o cümlədən Azərbaycanla da razılaşdırılacaq”. AB-nin xarici siyasət üzrə komissarı Benita Ferrero-Valdner isə deyib ki, “Şərq tərəfdaşlığı”nın yaradılması AB-nin həmin ölkələrlə bağlı siyasətinin dəyişməsi mənasına gəlməyəcək.
Qeyd edək ki, Ukrayna XİN təşəbbüsə münasibətini açıqlayaraq “Şərq tərəfdaşlığı”na daxil olacaq ölkələrə Avropa Birliyinə üzvlük perspektivinin verilməsini istəyib. Ukrayna XİN-in bəyanatında AB ilə digər Avropa ölkələri arasında münasibətlərin yeni çərçivələrinin axtarışına yönəlmiş səylər alqışlanır: “Hesab edirik ki, “Şərq tərəfdaşlığı” təşəbbüsü Avropa Birliyinin avropalı qonşularının quruma üzvlük perspektivini aydın surətdə nəzərdə tutmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR