Bank Of Baku

Seçki Məcəlləsi ilə bağlı müxalifətin vahid mövqeyinin formalaşdırılması üçün xüsusi toplantı keçirmək ideyası baş tutmayıb

Seçki Məcəlləsi ilə bağlı müxalifətin vahid mövqeyinin formalaşdırılması üçün xüsusi toplantı keçirmək ideyası baş tutmayıb
# 26 may 2008 13:09 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Seçki Məcəlləsinə əlavə və dəyişikliklərə dair müxalifətin vahid mövqeyinin formalaşdırılması üçün xüsusi toplantı keçirmək ideyası baş tutmayıb. Bu barədə APA-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. O bildirib ki, “beşlər” formatında təmsil olunan partiyalar bununla bağlı layihə hazırlayaraq “Azadlıq” blokunun rəhbərliyinə göndəriblər. Blok nümayəndələri isə cavab olaraq bildiriblər ki, onların bu məsələyə münasibəti məlumdur və bununla bağlı əlavə tədbirlərin keçirilməsinə ehtiyac yoxdur. “Beşlər” formatında təmsil olunan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) katibi Əli Orucov “Azadlıq” blokunu müxalifətin ümumi işinə zərbə vurmaqda ittiham edib. Onun sözlərinə görə, “Azadlıq” bloku müxalifətin ümumi mövqeyinin ortaya çıxması naminə müzakirələrə dəvət olunmuşdu: “Amma mən hesab edirəm ki, “Azadlıq” blokunun bu müzakirələrdən imtina etməsi faciə deyil. Reallıqla danışanda bu gün onların şərt irəli sürmək imkanı yoxdur. Şərti o qüvvə irəli sürər ki, onun təsir imkanı, diktə etmək gücü olsun. Bunu bilə-bilə hansısa şərtlər irəli sürmək yalnız prosesi pozmağa xidmət edir”. Ə. Orucovun fikrincə, “Azadlıq” bloku seçkiləri boykot etmək üçün yetərli gücə malik deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR