Bank Of Baku

BMT baş katibi “mavi dəbilqəlilər”in 60 illik yubileyi ilə əlaqədar beynəlxalq birliyə müraciət edib

BMT baş katibi “mavi dəbilqəlilər”in 60 illik yubileyi ilə əlaqədar beynəlxalq birliyə müraciət edib
# 26 may 2008 14:31 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli - APA. BMT-nin baş katibi Pan Gi Mun BMT sülhməramlıların 60 illik yubileyi ilə əlaqədar beynəlxalq birliyə müraciət edib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə mayın 29-da qeyd olunan Beynəlxalq BMT Sülhməramlıları Gününün həm də BMT-nin sülhməramlı fəaliyyətinin 60 illik yubileyinə təsadüf etdiyi bildirilib: “60 il bundan əvvəl bu gün Təhlükəsizlik Şurası sülhün qorunması məqsədini daşıyan ilk missiyamızı təsis edib”.
Müraciətdə qeyd olunub ki, hazırda dünyada münaqişə zonalarına 110 mindən artıq sülhməramlı göndərilib, onlar təxminən 120 ölkənin təmsilçiləridirlər: “Bu, rekord rəqəmdir və Birləşmiş Millətlər Təşkilatının həyata keçirdiyi sülhməramlılıq fəaliyyətinə olan etibarın göstəricisidir”. Baş katib bildirib ki, qeyd olunan yubiley ildönümü yalnız təntənə və şadlıq üçün yox, həm də həlak olmuş sülhməramlıların xatirəsini hörmətlə anmaq üçün bir səbəbdir: “Son altmış ildə sülhün möhkəmləndirilməsinə xidmət zamanı 2400-dən artıq sülhməramlı həlak olub. Yalnız keçən il biz 87 nəfər itki vermişik. Onların hər biri qəhrəmandır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR