Bank Of Baku

YAP sədrinin müavini ABŞ-ın Milli Demokratiya İnstitutunun Avrasiya üzrə yeni təyin olunmuş proqram direktoru ilə görüşüb

YAP sədrinin müavini ABŞ-ın Milli Demokratiya İnstitutunun Avrasiya üzrə yeni təyin olunmuş proqram direktoru ilə görüşüb
# 26 may 2008 14:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov bu gün ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Avrasiya üzrə yeni təyin olunmuş proqram direktoru Lora Cuid və institutun ölkə üzrə direktoru İen Vudvardla görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Ə. Əhmədov MDİ ilə YAP arasında əlaqələrin yüksək səviyyədə olduğunu və bunu əhəmiyyətli hesab etdiyini deyib. O, partiyanın parlamentdə səs çoxluğuna sahib olduğunu bildirib, o cümlədən 2008-ci il prezident seçkiləri ərəfəsində son hazırlıq işlərindən danışıb. Lora Cuid öz növbəsində YAP-la birgə fəaliyyətin əhəmiyyətini və bunun gələcəkdə də davam etdirilməsinin vacibliyini qeyd edib. Görüşdə YAP-la MDİ-nin birgə həyata keçirdiyi layihələrin perspektivindən danışılıb, institutun regionlarda həyata keçirəcəyi seçkiyə hazırlıq və seçki müşahidəçilərinin maarifləndirilməsi istiqamətində seminar və treninqlər haqqında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR