Bank Of Baku

AŞ PA Monitorinq Komitəsinin sabahkı iclasında Azərbaycanla bağlı məsələ müzakirə olunacaq

AŞ PA Monitorinq Komitəsinin sabahkı iclasında Azərbaycanla bağlı məsələ müzakirə olunacaq
# 26 may 2008 14:39 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bu gün Kiyevdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin (MK) iclası başlayıb. İclasda iştirak edən Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov APA-ya bildirib ki, Azərbaycanda demokratik institutların fəaliyyətinə dair həmməruzəçilərin hazırladıqları hesabat MK-nın sabahkı iclasında müzakirə olunacaq. Bu gün MK üzvləri Ukrayna Ali Radasının sədri Arseni Yatsenyuk, ədliyyə naziri Mikola Onişşuk, müxalifət partiyaları və hakim koalisiyaya daxil olan partiyaların rəhbərləri ilə görüşüblər. Sabahkı iclasda britaniyalı deputat Con Preskott “Ermənistanda prezident seçkilərindən sonrakı vəziyyət” adlı məruzə ilə çıxış edəcək, Bosniya və Herseqovina, Ukrayna, Serbiya və Gürcüstanda keçirilmiş seçkilər müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR