Bank Of Baku

28 May - Respublika Günü münasibətilə Milli Parkda konsert və atəşfəşanlıq təşkil olunacaq

28 May - Respublika Günü münasibətilə Milli Parkda konsert və atəşfəşanlıq təşkil olunacaq
# 26 may 2008 15:00 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. 28 May - Respublika Günü münasibətilə həmin gün Milli Parkda konsert proqramı və atəşfəşanlıq təşkil olunacaq. Bu barədə APA-ya Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, BŞİH başçısı Hacıbala Abutalıbov prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinin təntənəli şəkildə qeyd olunması ilə bağlı sərəncamına uyğun olaraq bu barədə qərarı qəbul edib. Şəhər rəhbərliyinin qərarına görə, bayram günü saat 21.00-da Milli Parkda incəsənət ustalarının iştirakı ilə başlayacaq konsert proqramı saat 23.00-da atəşfəşanlıqla yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR