Bank Of Baku

Çexiyanın ən böyük universitetlərinin birində Azərbaycanla bağlı bölmə açılacaq

Çexiyanın ən böyük universitetlərinin birində Azərbaycanla bağlı bölmə açılacaq
# 26 may 2008 15:10 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Azərbaycanda səfərdə olan Çexiya parlamentinin Deputatlar Palatasının elm, təhsil, mədəniyyət, gənclər və idman komitəsinin deputatı Peter Plevanın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının üzvləri ilə görüşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə komissiyanın sədr müavini Bəxtiyar Əliyev Azərbaycanda elmin və təhsilin inkişafına xüsusi diqqət yetirildiyini deyib: “Azərbaycan Bolonya təhsil sisteminə qoşulub. Hazırda ölkədə təhsilin həmin sistemə uyğunlaşdırılmasının birinci mərhələsi uğurla başa çatıb, ikinci mərhələdə işlər davam etdirilir”. Peter Pleva Çexiyanın Azərbaycanla hərtərəfli əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırıb. O, Çexiyanın ən böyük universitetlərindən birində Azərbaycanla bağlı bölümün açılmasının nəzərdə tutulduğunu bildirib: “Bununla əlaqədar danışıqlar aparılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR