Bank Of Baku

Brüsseldə Azərbaycan Demokratik Respublikasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib

Brüsseldə Azərbaycan Demokratik Respublikasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib
# 27 may 2008 08:01 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi və NATO yanında nümayəndəliyi Heydər Əliyev Fondunun dəstəyi ilə mayın 26-da Brüsselin “Volubilis” salonunda konsert və sərgi keçirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirlər 28 May - Respublika Gününə və ADR-in 90 illiyinə həsr olunub. Salonun foyesində azərbaycanlı uşaqların rəsmlərindən ibarət sərgidə 5-15 yaşlı uşaqların müxtəlif mövzularda çəkdiyi rəsmlər nümayiş etdirilib. Azərbaycan Gənclər Simfonik Orkestri və Uşaq Kapellası “Azərbaycanın xoşməramlı mələkləri” adlı konsert proqramı ilə çıxış edib. Proqrama Azərbaycan və dünya klassiklərinin əsərləri daxil edilib. Yüksək səviyyədə keçən konsert proqramı iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Tədbirdə Belçikanın rəsmi qurumlarının və ictimaiyyət nümayəndələri, xarici ölkələrin səfirləri və təmsilçiləri, beynəlxalq məktəblərin şagirdləri, müxtəlif Avropa qurumlarının nümayəndələri, eləcə də Belçikada yaşayan və təhsil alan soydaşlarımız iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR