Qüdrət Həsənquliyev Milli Məclisin xüsusi iclasının çağırılmasını təklif edib

Qüdrət Həsənquliyev

© APA | Qüdrət Həsənquliyev

# 29 mart 2024 12:09 (UTC +04:00)

Deputat Qüdrət Həsənquliyev Milli Məclisin xüsusi iclası çağırılmasını təklif edib.

APA xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında bildirib ki, Rusiyada baş verən son hadisələrdən sonra Azərbaycanda da təhlükəsizlik sahəsində görülən işlərlə bağlı məlumat verilməsi zərurəti yaranıb: “Milli Məclisin xüsusi iclasının çağırılmasını təklif edirəm. Rusiyada baş verənlərdən sonra Azərbaycanda da bu sahədə görülən işlərlə bağlı məlumat verilsin. Parlament təkcə qanunverici orqan deyil, həm də təmsilçilik funksiyasını yerinə yetirən kollegial orqandır. Bir neçə komitənin birgə iclasında da belə dinləmə keçirmək olar. Plenar iclasda da qapalı müzakirələr keçirilə bilər”.

Yeni təcili tibbi yardım maşınlarının alınmasını təqdir edən deputat təcili tibbi yardım vertolyotlarının da alınmasının vacibliyini qeyd edib: “Vətən müharibəsi dövründə yaralıları Badamdardakı vertolyot meydançasına, oradan isə təcili tibbi yardım maşınları ilə xəstəxanalara daşıyırdılar".

O, xəstəxanalarda vertolyot meydançalarının olmamasına da diqqət çəkib: "Bizim xəstəxanalarda vertolyot meydançaları yoxdur. Rusiyada baş verən hadisədən sonra mən bu barədə düşündüm. Bizdə belə hadisə baş verə, necə olar? Bakıda avtomobillərin sıxlığı çoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR