Bank Of Baku

“El” Hərəkatı Milli Şura ilə bağlı əsas şərtini açıqlayıb

“El” Hərəkatı  Milli Şura ilə bağlı əsas şərtini açıqlayıb
# 16 yanvar 2014 12:53 (UTC +04:00)

Bakı. Ramiz Mikyaıloğlu - APA. Bu gün “El” Hərəkatı İdarə Heyətinin toplantısı keçirilib.

 

“El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyevin APA-ya verdiyi məlumata görə, toplantıda “El” Hərəkatı İdarə Heyətinin üzvləri bundan öncə verilən bəyanata uyğun olaraq Milli Şuradan kütləvi çıxmağın əleyhinə olduqlarını bir daha vurğulayıblar.

 

Toplantıda “El” Hərəkatının Milli Şura ilə bağlı əsas təklif-şərtləri də müəyyənləşib: “Birincisi, bizi Milli Şuranın ortaya qoyulan Fəaliyyət Planı maraqlandırır, çünki narazılıqlar ortada heç nə olmayanda baş verir. İkincisi, “El” Hərəkatı üçün Rüstəm İbrahimbəyovun Milli Şuranın lideri kimi fəxri sədr statusunda qalması, onun fəxri sədrlikdən imtina ərizəsinə “yox” deyilməsi prioritetdir. “El” Hərəkatı  və şəxsən Eldəniz Quliyev olaraq bu, mənim üçün əsas şərtdir. Rüstəm İbrahimbəyovun fəxri sədr kimi qalmasını təkidlə tələb edəcəyik. Üçüncüsü, Milli Şuranın Koordinasiya Şurası, yaxud İdarə Heyətinin hansı prinsiplərlə formalaşacağı, orada kimlərin olacağı bizi narahat edir. “El” Hərəkatının üzvləri Milli Şura ilə bağlı qərarlarını fərdi olaraq  verəcəklər, ancaq bu 3 təklif “El” Hərəkatı İdarə Heyətinin ümumi mövqeyini ifadə edir. Milli Şuranın idarəçiliyi də sessiyada əsas müzakirə mövzusu olacaq. İstəyirik ki, “El” Hərəkatı, Mirmahmud Mirəlioğlu və Sülhəddin Əkbər tərəfindən səslənən təkliflərə obyektiv qiymət verilsin”.

 

E.Quliyev Milli Şuranın sessiyasından öncə pessimist fikirlər səsləndirmək istəmədiyini də söyləyib: “Hesab edirəm ki, sadaladığım təkliflərin tam əksəriyyəti həmişə obyektivlik nümayiş etdirən Milli Şuranın sədri CəmiL Həsənli tərəfindən lazımınca və diqqətəlayiq qəbul olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR