Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Estoniyanın xarici işlər naziri Marqus Tsahkna arasında təkbətək görüş başlayıb.
APA xəbər verir ki, görüş Azərbaycan Xarici İşlər Nazirliyində keçirilir.
***
12:03
Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Estoniyanın xarici işlər naziri Marqus Tsahkna arasında görüş keçirilir.
APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib.
Qeyd olunub ki, Ceyhun Bayramov Xarici İşlər Nazirliyində Marqus Tsahknanı qarşılayıb.