Bank Of Baku

“El” Hərəkatı İdarə Heyətinin Milli Şurada qalıb-qalmaqla bağlı dünən keçirilən iclası yarımçıq qalıb

“El” Hərəkatı İdarə Heyətinin Milli Şurada qalıb-qalmaqla bağlı dünən keçirilən iclası yarımçıq qalıb
# 10 yanvar 2014 13:39 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “El” Hərəkatının Milli Şurada qalıb-qalmaması ilə bağlı qurumun İdarə Heyətinin dünən keçirilən iclası yarımçıq qaldı”.

 

Bunu APA-ya açıqlamasında “El” Hərəkatı sədrinin müavini, Milli Şuradan istefa vermiş Zəfər Quliyev söyləyib.

 

Z. Quliyev deyib ki, iclasda bu məsələ səsverməyə çıxarılmayıb: “Belə razılığa gəldik ki, bu, çox ciddi məsələdir, məsələni səsverməyə çıxarmayaq, İdarə Heyətinin iclasını gələn həftənin əvvəlində davam etdirək. Bu müddət ərzində də Milli Şuradakı gənclərlə, ziyalılarla görüşlər keçirərək məsləhətləşmə aparaq. Gələn həftənin əvvəlində “El” Hərəkatının İdarə Heyəti iclasını davam etdirib, Milli Şura ilə bağlı qərar qəbul edəcək”.

 

Z. Quliyev bildirib ki, “El” Hərəkatının Milli Şurada qalıb-qalmaması məsələsinin müzakirəyə çıxarılması təsadüfi deyil: “Milli Şurada ciddi böhranlı vəziyyət yaranıb və bunu hamı etiraf edir. Ona görə də “El” Hərəkatı da Milli Şurada qalıb-qalmamaq məsələsini müzakirəyə çıxarıb”. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR