Bank Of Baku

“Günəşli” yatağında xəsarət alan neftçilərdən biri evə buraxılıb

“Günəşli” yatağında xəsarət alan neftçilərdən biri evə buraxılıb
# 17 dekabr 2015 12:47 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. SOCAR-ın “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində xəsarət alan və Mərkəzi Neftçilər Xəstəxanasına (MNX) yerləşdirilən neftçilərdən 1 nəfəri evə buraxılıb, 1 nəfər isə yenidən müraciət edib. 

 

MNX-nın mətbuat katibi Aytən Fətəliyeva APA-ya açıqlamasında bildirib ki, xəstəxanada olan 15 neftçinin müalicəsi davam etdirilir. Onun sözlərinə görə, neftçi Rəman Orucovun səhhətində problem olmadığına görə evə buraxılıb: “Ambulator müalicəyə göndərilən İltifat Şahbazov isə yenidən xəstəxanaya müraciət edib və palataya yerləşdirilib”.

 

Qeyd edək ki, dekabrın 4-də baş verəm qəzada 7 nəfər həlak olub, 23 nəfər itkin düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR