Bank Of Baku

“Mənim Prezidentim” Gənclərin Təşəbbüs Qrupunun təqdimatı olub - FOTO

“Mənim Prezidentim” Gənclərin Təşəbbüs Qrupunun təqdimatı olub - <span style="color: red;">FOTO
# 23 avqust 2013 09:04 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə çıxış edən Təşəbbüs Qrupunun üzvü Seymur Vəliyev bildirib ki, “Mənim Prezidentim” Təşəbbüs Qrupunun əsas məqsədi Azərbaycan prezidentinin 2003-2013-cü illərdə gördüyü işlər haqqında ictimaiyyətə geniş məlumat verməkdir. Kampaniya seçki təbliğatı ilə məşğul olmur, siyasi mövqeyindən asılı olmayaraq hər bir gənc təşəbbüs qrupuna qoşula bilər.

 

Təşəbbüs Qrupunun üzvü, “İrəli” Gənclər Təşkilatının sədri Rauf Mərdiyev qrupun planlarından danışıb: “Biz gənclərin kreativliyini, təşəbbüskarlığını vahid ideya ətrafında birləşdirəcək, onların arzularını gerçəkləşdirməyə çalışacağıq. İnanıram ki, bizim kampaniya ətrafında yüz minlərlə gənc cəmləşəcək”.

 

Tədbirdə çıxış edən əməkdar artist Tünzalə Ağayeva Təşəbbüs Qrupuna qoşulmaqdan qürur hissi keçirdiyini bildirib. O qeyd edib ki, sənətçi kimi kampaniyanın inkişafı üçün əlindən gələn köməkliyi göstərəcək.

 

Tədbirin sonunda “Mənim Prezidentim” Təşəbbüs Qrupunun üzvləri gənclərin suallarını cavablandırıblar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR