Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda qohumunun evindən oğurluq edən yeniyetmə saxlanılıb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Xətai rayon 34-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 18-də Bakı şəhər sakini Əli Məmmədovun evindən 25.000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən 14 yaşlı qohumu tutulub.
Faktla bağlı araşdırma aparılır.